Author: Baku TV

Karapetyan həbsdə ola-ola komanda qurur ki… | Ermənistanı nə gözləyir? Rusiyanın erməniəsilli biznesmeni, hazırda Ermənistanda həbsdə olan “Taşir” şirkətlər qrupunun yaradıcısı Samvel Karapetyan yeni siyasi qüvvə yaratdığını bəyan edib. İş adamının bəyanatını onun qardaşı oğlu Narek Karapetyan yayıb. S.Karapetyan digər siyasi qüvvələrə, xadimlərə böyük hörmət bəslədiyini qeyd edib. “Ancaq bizim Ermənistan üçün yaxşı gələcək qurmaqla bağlı öz baxışımız var və biz öz yolumuzla gedəcəyik. Yeni komandamızla həmfikirlərlə daxili siyasi əməkdaşlığı istisna etməyəcəyik. Biz xalqımızı ədalətli və yüksək məqsədlər ətrafında birləşdirməyə çalışacağıq”, ‒ Karapetyan bildirib. O həmçinin əlavə edib ki, artıq siyasi komandanın formalaşmasına başlanılıb. Qeyd edək ki, “Taşir” Şirkətlər Qrupunun…

Read More

Samvel Karapetyanın əməli ifşa olundu | Ermənistanı silkələyən xəbər İrəvan şəhərinin birinci instansiya məhkəməsi iş adamı Samvel Karapetyanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Bu barədə Ermənistan KİV məlumat yayıb. Təqsirləndirilən şəxsin vəkili qərarın qanunsuz olduğunu bildirib. Qeyd olunur ki, S.Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi, yəni hakimiyyətin ələ keçirilməsinə açıq çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina, konstitusiya quruluşunun zorakılıqla devrilməsi ilə ittiham olunur. Bundan əvvəl xəbər yayılıb ki, Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları S.Karapetyanı hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham edərək saxlayıblar. Bizi WhatsApp-da izləyin

Read More