Ötən günlərdə haqqında yenidən ev dustaqlığı qərarı verilən Rusiya vətəndaşı olan iş adamı Samvel Karapetyan Ermənistan Milli Təhlükəsizlik xidmətinin təcridxanasından evə qayıdıb. Məhkəmə həmçinin, ictimai çıxışlara qoyulan qadağanı da aradan qaldırıb. Xatırladaq ki, Samel Karapetyan ötən ilin iyununda saxlanılmışdı. Ona qarşı “hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etmək” maddəsi ilə ittiham irəli sürülmüşdü. Ermənistan hüquq-mühafizə orqanları Karapetyanın fəaliyyətinin ölkənin konstitusion quruluşu üçün təhlükə yaratdığını bildirirdilər. Dekabrın sonunda məhkəmənin qərarı ilə Karapetyanın həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunmuşdu. Lakin Ermənistanın hüquq-mühafizə orqanları bir neçə dəfə onun təcridxanaya qaytarılmasına çalışsa da, ötən günlərdə məhkəmə Rusiya vətəndaşı olan iş adamının ev dustaqlığı qərarını qüvvədə saxlayıb.
#İTV #İTVXəbər #RüstəmMikayılzadə
Web:
LinkedIn:
Facebook:
YouTube:
X:
WhatsApp:
Instagram:
Telegram:
TikTok:
Threads:
source

